Tibbi  tullantılar nədir və necə idarə olunmalıdır? admin June 24, 2025

Tibbi  tullantılar nədir və necə idarə olunmalıdır?

Səhiyyə müəssisələrində tibbi xidmət zamanı yaranan bioloji, kimyəvi, fiziki və radioaktiv baxımdan zərərli olan tullantı növləri tibbi tullantılardır. Tibbi tullantılara nələr daxildir?

  • İnfeksiyalı tullantılar (qanla çirklənmiş sarğılar, laboratoriya nümunələri)
  • Kəskin alətlər (iynələr, ülgüclər, skalpellər)
  • Kimyəvi tullantılar (dezenfeksiyaedici maddələr, reaktivlər)
  • Dərman tullantıları (vaxtı keçmiş və istifadə olunmayan dərmanlar)
  • Patoloji tullantılar (toxuma və orqan qalıqları, döl)

Tibbi tullantılar necə idarə olunur?

Tibbi tullantılar aşağıdakı mərhələlərlə idarə olunur:

Çeşidləmə və qablaşdırma
Tullantıların növünə uyğun olaraq fərqli rəngdə polietilen torbalar və konteynerləri olur. Tullantılar yarandığı müəssisədə növünə uyğun olaraq aid olduğu torbalar və konteynerlərdə toplanmalıdır. Bu həm təhlükəsizlik, həm də sonrakı mərhələlərin asan idarə olunması baxımından əlverişlidir.

Etiketləmə
Tullantıların yığıldığı torbaların və qabların  üzərində tullantının növü, yarandığı müəssisənin, şöbənin adı, tarixi qeyd edilməlidir. Bu, daşınma zamanı risklərin minimuma endirilməsi üçün vacibdir.

Daşınma
Tibbi tullantıların daşınması bu sahədə müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilə bilər. Daşınma ilə məşğul olan şəxslər xüsusi təlim keçməli və bu barədə şəhadətnaməyə sahib  olmalıdırlar.  Tullantılar təhlükəsiz və hermetik nəqliyyat vasitələri ilə daşınmalıdır.

Tullantıların məhv edilməsi, utilizasiya Tibbi tullantılar yüksək temperaturda yandırma, sterilizasiya və ya xüsusi məntəqələrdə kimyəvi zərərsizləşdirmə üsulları ilə məhv edilməlidir. Bu proses müvafiq ekoloji və sanitar norma və standartlara uyğun həyata keçirilməlidir.

Tibbi tullantıların idarə olunması niyə vacibdir?

Düzgün idarə olunmadıqda tibbi  tullantılar infeksiya yayılmasına səbəb ola bilər. İnsanların sağlamlığı üçün ciddi təhlükə yaranar.

Ətraf mühit, torpaq, su və hava tibbi tullantılar vasitəsilə çirklənə bilər.

Tibbi tullantılar düzgün idarə olunmadıqda hüquqi məsuliyyət yaradır. Qanunvericiliyə uyğun olmayan idarəetmə inzibati və maliyyə cərimələrinə səbəb ola bilər.

Tullantıların təhlükəsiz idarə olunması həmçinin səhiyyə müəssisələrinin peşəkar nüfuzunun qorunmasına xidmət edir.

Tibbi tullantı idarəçiliyi sahəsində peşəkar xidmət

Şirkət olaraq tibbi tullantıların toplanması, daşınmasızərərsizləşdirilməsi sahəsində tam sertifikatlı və ekoloji standartlara uyğun xidmətlər təklif edirik. Tibb müəssisələrinə, tullantıların idarə olunması sahəsində dəstəyimizlə həm insan sağlamlığını, həm də təbiəti qoruyuruq.

Siz də təhlükəsiz və qanuni tibbi tullantı idarəçiliyi üçün bizimlə əlaqə saxlayın.

Write a comment
Your email address will not be published. Required fields are marked *