Hər gün tibb müəssisələrində, laboratoriyalarda xeyli tibbi tullantı yaranır. İynələr, sarğı materialları, laboratoriya nümunələri, insan orqanları, müxtəlif tibbi vasitələr və s.
Bütün bunlar düzgün idarə olunmadıqda həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi təhlükə yaradır. Çünki bu tullantıların ən azı 15 faizi xüsusi təhlükəli tullantılardır. Hepatit B, C, Qiçs və s. xəstəliklərlərin yayılmasına səbəb ola bilər.
Bu səbəbdən tibbi tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi sadəcə texniki proses deyil, ictimai sağlamlığın qorunmasının əsas mərhələsidir.
Tibbi tullantılar necə idarə olunur?
Yığılma: Tullantılar mənbədə, yəni tibb müəssisəsində xüsusi rəngli konteynerlərdə çeşidlənir. Hər tullantının növü üçün fərqli qablaşdırma mövcuddur.
Daşınma: Toplanan tullantılar təhlükəsiz nəqliyyat vasitələri ilə, hermetik qapalı formada, xüsusi marşrutlar üzrə daşınır.
Zərərsizləşdirilmə: Son mərhələdə tullantılar yüksək temperaturda yandırılaraq və ya xüsusi texnologiyalar vasitəsilə dezinfeksiya edilərək tam təhlükəsiz hala gətirilir.
Bu sistemli yanaşma sayəsində həm tibb işçiləri, həm də cəmiyyət bioloji və kimyəvi risklərdən qorunur.
Tibbi tullantıların idarə olunmasında peşəkar xidmət
Biz də tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində təcrübəli şirkət olaraq xidmətinizdəyik. Bu fəaliyyətimiz üçün lisenziyamız var. Tullantıları mənbədən götürərək zərərsizləşdirilmə poliqonuna çatdırırıq. Tullantılar burada 850-1200 dərəcə temperaturda yandırılaraq məhv edilir. Zərərsiz hala gəlmiş kül Tullantıları İdarəetmə Mərkəzinə təhvil verilir.
Siz də tibbi tullantılarınızın daşınması və zərərsizləşdirilməsini bizə etibar edin, özünüz təhlükədən uzaq olun.
Unutmayın, sağlam gələcək təmiz mühitdən başlayır!