Tibbi tullantılar, xüsusilə təhlükəli olanlar, insan sağlamlığı və ətraf mühit üçün ciddi risklər yaradır. Xüsusilə xəstəxanalar, laboratoriyalar, klinikalar və digər səhiyyə müəssisələrində yaranan bu tullantılar, düzgün idarə olunmadıqda infeksiya yayılması, kimyəvi zəhərlənmə və ekoloji problemlərə səbəb ola bilər. Buna görə də təhlükəli tibbi tullantıların idarə olunması müasir səhiyyə sistemində vacib prioritetlərdən biridir.
Təhlükəli tibbi tullantılar nələrdir?
Təhlükəli tibbi tullantıların əsas kateqoriyaları və nümunələri aşağıdakılardır:
- Yoluxucu tullantılar. İnfeksiya (bakteriya, virus, göbələk) ilə çirklənmiş materiallar. Yəni qan, bədən mayeləri, infeksion xəstələrin sarğıları, laboratoriya tullantıları.
- Patoloji (orqan və toxuma) tullantılar. İnsan bədənindən çıxan orqan, toxuma, sümük, döl, biopsiya nümunələri və s.
- Kəsici əşyalar. İstifadə olunmuş iynələr, bistürilər, qırılmış şüşə və s.
- Kimyəvi təhlükəli tullantılar. Toksik, aşındırıcı, yandırıcı və ya reaktiv kimyəvi maddələr. Yəni laboratoriya reagentləri, dezinfeksiya məhlulları, turşular, həlledicilər və s.
- Farmaseptik və sitotoksik (onkoloji dərmanlar) tullantılar. İstifadə olunmamış və ya son istifadə tarixi keçmiş dərmanlar, xüsusilə sitotoksik maddələr. Kimyaterapiya dərmanları, antibiotiklər, vaksinlər və s.
- Radioaktiv tullantılar. Tibbi məqsədlərlə istifadə olunmuş radioizotoplar və onlarla təmasda olmuş materiallar.
- Genotoksik tullantılar. Xərçəngin müalicəsində istifadə olunan sitotoksik dərmanlar və bu tullantıların metabolitlərindən ibarətdir. Kimyaterapiya ilə xərçəngin müalicəsində sitotoksik dərmanların hazırlanması və istifadəsi zamanı yaranan tullantılar. Kimyəvi və radioaktiv maddələrlə müalicə olunan xəstələrin qusması, sidiyi və ya nəcisi daxildir. Sitotoksik dərmanlarla çirklənmiş hər bir avadanlıq: sprislər, iynələr, şüşələr, borular, kompresslər, pambıqlar, manipulyatorlar üçun əlcəklər, çirklənmiş sarğılar, flakonlar, başlıqlar və s.
Xüsusi qablaşdırılmış təzyiqli qablar, təhlükəli maddələr, sənaye tullantıları. Qaz balonları, batareyalar, lampalar, elektrik avadanlıqları, telefon, televizor, kompüter avadanlıqları, civə ehtiva edən cihazlar və s.
Təhlükəli tullantıların idarə olunması mərhələləri
Tibbi tullantıların düzgün ayrılması onların sonrakı idarə olunma mərhələlərini asanlaşdırır və ətraf mühitə mənfi təsirinin qarşısını alır.
İdarəetmə prosesinin ilk mərhələsi tullantıların çeşidlənməsidir. Müəssisələr təhlükəli və təhlükəsiz tullantıları ayıran rəng kodlu sistemlərdən istifadə etməlidir. Məsələn, iynə və kəsici alətlər üçün sarı, infeksion materiallar üçün qırmızı qablar nəzərdə tutulur. Bu sistem həm işçilərin, həm də ətraf mühitin təhlükəsizliyini təmin edir.
Növbəti mərhələ daşınma və müvəqqəti saxlamadır. Təhlükəli tibbi tullantılar xüsusi möhürlü konteynerlərdə saxlanmalı və səlahiyyətli şirkətlər tərəfindən daşınmalıdır. Bu konteynerlər sızdırmaz, yanğına və zədəyə davamlı olmalıdır ki, yol boyu heç bir təhlükə yaranmasın.
Zərərsizləşdirmə prosesində isə müxtəlif metodlardan istifadə olunur. Avadanlıqlarla sterilizasiya, yüksək temperaturda yandırma və kimyəvi dezinfeksiya ən geniş yayılmış üsullardır. Bu proseslər tullantıların infeksion və toksik xüsusiyyətlərini tamamilə aradan qaldırır.
Peşəkar tibbi tullantı şirkətilə əməkdaşlığın vacibliyi
Tibbi tullantıların təhlükəsiz idarə olunması yalnız qanuni tələb deyil, həm də cəmiyyətin sağlamlığı üçün vacibdir. Lisenziyalı və təcrübəli tibbi tullantı şirkətləri ilə əməkdaşlıq etmək müəssisələrə həm vaxt qənaəti, həm də ekoloji və hüquqi təhlükəsizlik təmin edir.
Unutmayın ki, tibbi tullantıların düzgün idarə olunmaması yalnız cəmiyyətə deyil, müəssisənizə də ciddi hüquqi məsuliyyətlər gətirə bilər. Sağlam və təhlükəsiz ətraf mühit üçün hər addımın diqqətlə planlanması vacibdir. Bu səbəbdən şirkətimiz sizə öz peşəkar xidmətini təklif edir. Bizi seçin, fəaliyyət sahəniz təhlükəsiz olsun.