Tibbi tullantıların çeşidlənərək konteynerləşdirilməsi qaydaları admin July 20, 2025

Tibbi tullantıların çeşidlənərək konteynerləşdirilməsi qaydaları

Tibbi tullantıların çeşitlənməsi

Tibbi tullantıların düzgün idarə olunması səhiyyə müəssisələrində infeksiyaların qarşısını almaq və ətraf mühiti qorumaq baxımından olduqca vacibdir. Bu prosesin ilk və əsas mərhələsi tullantıların düzgün çeşidlənməsi və konteynerləşdirilməsidir. Aşağıda tibbi tullantıların əsas növləri və onların saxlanılması qaydaları haqqında ətraflı məlumat təqdim olunur.

Tibbi tullantılarının çeşitlənməsi

Tibbi tullantılar müxtəlif növlərə bölünür və hər birinin təhlükə səviyyəsi fərqlidir. Ən çox rast gəlinən tibbi tullantı növləri bunlardır:

Kəsici-deşici tullantılar: İynələr, şpris ucluqları, bıçaqlar, skalpellər və s. (B və C sinfi)

Bioloji tullantılar: Qan, orqan hissələri, toxumalar, döl və cərrahi tullantılar. (B sinfi)

Kimyəvi tullantılar: Laboratoriya reaktivləri, dezinfeksiyaedici maddələr və s. (D sinfi)

Əczaçılıq tullantıları: Vaxtı keçmiş və istifadə olunmamış dərmanlar. (D sinfi)

Bu tullantıların hər biri ayrılıqda toplanmalı və işarələnməlidir. Bu həm təkrar çirklənmənin, həm də infeksiya yayılmasının qarşısını alır.

Tibbi tullantıların konteynerləşdirilməsi qaydaları

Tibbi tullantılar rəng kodlu konteynerlərdə və torbalarda toplanmalıdır. Bu qaydalar beynəlxalq standartlara əsaslanaraq müəyyən edilir.

B və C sinfinə aid tullantıların yığılması üçün istifadə olunan birdəfəlik paketlər hermetik olmalı və ona 15 kq-dək tullantı təhlükəsiz şəkildə yığılmalıdır. B sinfinə aid tullantıların yığılması üçün paketlər sarı, C sinfinə aid tullantıların yığıldığı paketlər qırmızı, A sinfinə aid olanlar isə ağ rəngli olmalıdır.

İti alətlər heç vaxt adi torbaya atılmamalıdır. Xüsusi “sharp box” qutulardan istifadə vacibdir.

Hər konteyner üzərində etiket, tarix və tullantı növü göstərilməlidir. Tullantılar konteynerlərdə maksimum 24-48 saatdan çox saxlanılmamalıdır.

Peşəkar xidmət

Tibbi tullantıların düzgün çeşidlənməsi və konteynerləşdirilməsi, infeksiyaların qarşısını almağın və ətraf mühiti qorumağın ən mühüm şərtidir. Tibb müəssisələri bu sahədə təlim keçmiş heyət və lisenziyalı tullantı idarəetmə şirkətləri ilə əməkdaşlıq etməlidir.

Əgər siz də tibbi tullantıların təhlükəsiz toplanması və daşınması ilə bağlı peşəkar xidmət axtarırsınızsa, bizimlə əlaqə saxlayın.

Biz bu sahədə lisenziyalı şirkət olaraq tibbi tullantıların toplanması və daşınması ilə yanaşı, zərərsizləşdirilməsini də həyata keçiririk.

Həmçinin tibbi tullantıların çeşidlənməsi və konteynerləşdirilməsi üçün lazım olan konteyner, torba, karton qutular da təklif edirik.

Write a comment
Your email address will not be published. Required fields are marked *