A sinif tullantılar
A sinif tullantılar adi məişət tullantılarına bənzər, yoluxucu təhlükə daşımayan materiallardır. Məsələn, qida qalıqları, kağız, plastik qablaşdırmalar və bənzər tullantılar bu qrupa aiddir. Onların zərərsizləşdirilməsi üçün xüsusi metod tələb olunmur, sadəcə ayrıca toplanmalı və təkrar emala yönləndirilə bilər.
B sinif tullantılar
B sinif tullantılar yoluxucu xəstəliklərə səbəb ola biləcək materiallardır. İnfeksion xəstəxanalarda istifadə olunmuş sarğılar, şprislər, pambıqlar bu qrupa daxildir. Bu tullantılar mütləq xüsusi rəngli paketlərdə yığılmalı və yüksək temperaturda yandırılaraq zərərsizləşdirilməlidir. Əks halda, ictimai sağlamlıq üçün təhlükəli nəticələr doğura bilər.
C sinif tullantılar
C sinif tullantılar bioloji təhlükəli nümunələr və laboratoriya materiallarıdır. Virus, bakteriya və ya digər mikroorqanizmlərlə yoluxmuş nümunələr bu kateqoriyaya daxildir. Onların zərərsizləşdirilməsi üçün avtoklavlama (yüksək təzyiq, temperatur və buxar istifadə edərək, fiziki vasitələrlə zərərsizləşdirmə) və ya kimyəvi dezinfeksiya üsullarından istifadə olunur. Bu sinif tullantıların idarəsi xüsusilə diqqət və peşəkarlıq tələb edir.
D sinif tullantılar
D sinif tullantılar kimyəvi, radioaktiv və farmaseptik tullantılardır. İstifadə müddəti bitmiş dərmanlar, radioaktiv materiallar, laboratoriya kimyəvi reagentləri bu qrupa daxildir. Bu tullantıların utilizasiyası xüsusi lisenziyalı şirkətlər tərəfindən həyata keçirilməlidir. Çünki yanlış üsullar həm ətraf mühitə, həm də insan sağlamlığına ağır zərər verə bilər.Tibbi tullantıların idarə olun
Tibbi tullantıların idarə olunmasında peşəkar xidmət
Tibbi tullantıların siniflər üzrə zərərsizləşdirilməsi tibb müəssisələrinin əsas vəzifələrindən biridir. Düzgün idarəetmə həm xəstəxana personalını, həm də cəmiyyəti yoluxucu xəstəliklərdən qoruyur. Əgər tibbi tullantılarınızın təhlükəsiz və standartlara uyğun şəkildə daşınmasını və zərərsizləşdirilməsini istəyirsinizsə, lisenziyalı və peşəkar xidmət göstərən, dezinfeksiya və tullantı idarəetmə sahəsində uzun illərin təcrübəsinə malik şirkətimizə müraciət edə bilərsiniz.
Unutmayın, sağlam gələcək üçün düzgün idarəetmə vacibdir. Biz öz işimizlə sizə sağlam gələcək vəd edirik.