Tibbi tullantıların daşınması üçün lisenziyalı şirkət necə seçilməlidir? admin September 13, 2025

Tibbi tullantıların daşınması üçün lisenziyalı şirkət necə seçilməlidir?

Tibbi tullantı

Tibbi tullantılar xüsusi təhlükəli kateqoriyaya aid olduğuna görə onların düzgün idarə olunması həm insan sağlamlığı, həm də ətraf mühit üçün son dərəcə vacibdir. Klinika, xəstəxana, laboratoriya və ya digər tibb müəssisəsi idarəçiləri üçün ən mühüm məsələlərdən biri tibbi tullantıların daşınması və utilizasiyasıdır. Bu proses yalnız müvafiq lisenziyaya sahib ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilməlidir. Bəs, tibbi tullantıların daşınması üçün düzgün şirkəti necə seçmək olar? Burada bir neçə nüansa diqqət yetirilməlidir.

  1. Lisenziya və rəsmi icazələrin yoxlanılması

İlk növbədə seçəcəyiniz şirkətin dövlət tərəfindən verilmiş rəsmi lisenziyaya sahib olub-olmadığını araşdırın. Lisenziyası olmayan şirkətlərin xidmətindən istifadə həm hüquqi, həm də sağlamlıq baxımından risk daşıyır.

  • Təcrübə və peşəkarlıq

Şirkətin neçə ildir bu sahədə fəaliyyət göstərməsinə diqqət yetirin. Təcrübəli şirkətlər tibbi tullantıların düzgün toplanması, daşınması və utilizasiyası ilə bağlı beynəlxalq standartlara uyğun işləyirlər.

  • Daşınma vasitələrinin uyğunluğu

Tibbi tullantıların daşınması üçün xüsusi avadanlıq, hermetik konteynerlər, uyğun nəqliyyat vasitəsi tələb olunur. Seçdiyiniz şirkətin nəqliyyat vasitələrinin təhlükəsizlik normalarına cavab verməsinə əmin olun.

  • İşçi heyətinin hazırlığı

Tibbi tullantılar daşıyan şirkətin əməkdaşlarının xüsusi təlimlərdən keçməsi, fərdi qoruyucu vasitələrlə təmin olunması vacibdir. Bu, həm onların sağlamlığını, həm də tullantıların təhlükəsiz idarə olunmasını təmin edir.

  • Müştəri rəyləri və etibarlılıq

Şirkətin əvvəlki müştərilərindən alınan rəylər, onlayn şərhlər və referanslar qərar verməkdə sizə kömək edəcək.

  • Qiymət və müqavilə şərtləri

Ən ucuz xidmət həmişə ən yaxşı seçim olmur. Qiymətlə yanaşı, müqavilə şərtlərinin şəffaflığına və xidmətin tamlığını da nəzərə alın.

Peşəkar şirkətin ünvanı

Tibbi tullantıların daşınması üçün şirkət seçərkən əsas prioritetləriniz təhlükəsizlik, qanunvericiliyə uyğunluq və peşəkarlıq olmalıdır. Lisenziyalı və təcrübəli şirkətlə əməkdaşlıq etmək həm müəssisənizi, həm də ətraf mühiti qorumuş olacaqsınız.

Biz də bütün bu sadalanan keyfiyyətlərə malik şirkət olaraq uzun illərdir ki, tibbi tullantıların daşınmasını həyata keçiririk. Bizimlə  əməkdaşlıq etməklə fəaliyyətinizin təhlükəsizliyini təmin etmiş olursunuz.

Write a comment
Your email address will not be published. Required fields are marked *