Klinikada, eləcə də ondan kənarda tibbi tullantıların düzgün idarə olunması həm ətraf mühitin qorunması, həm də insan sağlamlığının təhlükəsizliyi üçün vacibdir. Bu prosesin düzgün həyata keçirilməsi üçün müəyyən mərhələlərə əməl olunmalıdır. Aşağıda tibbi tullantıların idarə edilməsi prosesində 5 əsas mərhələni təqdim edirik:
- Tullantıların təsnifatı
Tibbi tullantıların idarə olunmasında ilk və ən vacib addım onları düzgün ayırmaqdır. Tullantılar təhlükəli və təhlükəsiz olmaqla iki əsas kateqoriyaya ayrılır. Təhlükəli tibbi tullantılara kəsici-deşici alətlər, qanla çirklənmiş materiallar, patoloji tullantılar, yoluxucu viruslarla xəstələnmiş pasiyentlərlə təmasda olmuş materiallar, radioaktiv və kimyəvi tullantılar daxildir. Hər tullantı növü üçün fərqli qablaşdırma qaydalarına riayət olunmalıdır.
- Tullantıların uyğun konteynerlərdə toplanması
Tibbi tullantılar müvafiq rənglərlə işarələnmiş konteynerlərdə toplanmalıdır. Məsələn, sarı torbalar patoloji tullantılar üçün, qırmızı konteynerlər kəsici-deşici tullantılar üçün nəzərdə tutulur. Bu konteynerlər sızdırmaz və etiketli olmalıdır.
- Mühafizə və müvəqqəti saxlanma
Toplanmış tullantılar təhlükəsiz və sərin yerdə müvəqqəti saxlanılmalıdır. Saxlanma müddəti adətən 24-48 saatı keçməməlidir. Bu mərhələdə tullantının ətrafa yayılmasının qarşısı alınmalıdır.
- Daşınma
Tibbi tullantıların daşınması yalnız lisenziyalı və ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilməlidir. Daşıma zamanı tullantının konteynerdən kənara sızması və ya ətraf mühitə zərər vurması yolverilməzdir.
- Tullantıların zərərsizləşdirilməsi
Son mərhələ tullantının zərərsizləşdirilməsi və utilizasiyasıdır. Bu məqsədlə yandırılma, buxarla sterilizasiya və ya kimyəvi zərərsizləşdirmə metodlarından istifadə olunur. Bu proses tullantının son dərəcə təhlükəsiz formada məhv edilməsini təmin edir.
Professional xidmət
Klinikalar, daşıma və zərərsizləşdirmə ilə məşğul olan şirkətlər tibbi tullantı idarə etməsində bu 5 mərhələyə ciddi şəkildə əməl etsələr, həm öz əməkdaşlarını, həm də cəmiyyəti qorumuş olurlar. Bu sahədə professional tibbi tullantı daşıma və zərərsizləşdirmə xidmətlərindən istifadə etmək isə ən doğru seçimdir. Seçiminizi bizimlə etsəniz yanılmazsınız. Çünki biz tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi sahəsində illərin təcrübəsinə malik lisenziyalı şirkətik.